28 avqust, cümə axşamı, Monakoda Çempionlar Liqasının 2025/26 mövsümünün əsas raundunun püşkatma mərasimi keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Püşkatma haqqında nə bilmək lazımdır?
- Turnirdə iştirak edəcək 36 komanda fərdi reytinqə əsasən dörd səbətə bölünəcək. Mövcud çempion PSJ birinci səbətdə ilk səpələmə nömrəsini alacaq.
- Hər bir komanda səkkiz rəqiblə üz-üzə gələcək — hər səbətdən iki komanda olmaqla. Rəqiblərlə evdə və səfərdə bir oyun oynanılacaq.
- Eyni assosiasiyadan olan komandalar qarşılaşmayacaq.
- Bir assosiasiyadan maksimum iki rəqib ola bilər.
Oyunların tarixləri
- 1-ci tur: 16–18 sentyabr
- 2-ci tur: 30 sentyabr – 1 oktyabr
- 3-cü tur: 21–22 oktyabr
- 4-cü tur: 4–5 noyabr
- 5-ci tur: 25–26 noyabr
- 6-cı tur: 9–10 dekabr
- 7-ci tur: 20–21 yanvar
- 8-ci tur: 28 yanvar
30 may 2026-cı ildə Budapeştdə “Puşkaş Arena” stadionunda.



