19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası Avro-2025-in seçmə mərhələsinə yanvarda start verəcək.
Sport-az.com Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, reytinq cədvəlində 27-ci sırada yer alan Azərbaycan millisi bu dəfə ilkin mərhələdən mübarizəyə qoşulacaq. Komandalar artıq səbətlərə bölünüb, püşkatma mərasimi isə oktyabrın 31-də baş tutacaq. Azərbaycan millisi öz qrupunun birinci komandası olacaq.
35 komandadan 10-u ilkin mərhələdə iştirak edəcək və 3 səbətə bölünəcək. İki səbətdə 3, birində isə 4 komanda yer alacaq. Yalnız qrup birinciləri əsas mərhələyə vəsiqə qazanacaqlar. İlkin mərhələnin oyunları 2024-cü il yanvarın 21-dən 26-dək keçiriləcək. Əsas mərhələdə 28 komanda 4 qrupda mübarizə aparacaq və oyunlar martın 25-30-u arasında baş tutacaq. Qrup qalibləri final mərhələsinə yüksələcək. Final oyunları 2024-cü il sentyabrın 28-dən oktyabrın 5-dək Moldovanın paytaxtı Kişinyovda keçiriləcək.
İlkin mərhələnin səbətləri:
1-ci səbət:
- Gürcüstan
- Azərbaycan
- Şimali Makedoniya
2-ci səbət:
- Kosovo
- Litva
- Cəbəllütariq
3-cü səbət:
- Malta
- Almaniya
- San Marino
- Estoniya