More

    Formula 1: Piastridən qələbə, Acar podiumda, Norris, Hemilton və Lekler yarışı tərk etdi

    Formula-1-in 15-ci mərhələsi – Niderland Qran-Prisi başa çatdı. Zandfort trasında keçirilən yarışda möhtəşəm hadisələr yaşandı.

    İlk üçlük:

    1. Oskar Piastri (McLaren) – 1:38:29.849
    2. Maks Ferstappen (Red Bull) +1.271
    3. İsak Acar (Racing Bulls) +3.233

    Avstraliyalı pilot Oskar Piastri mövsümdə 7-ci qələbəsini qazandı. O, ilk dövrlərdən etibarən yarışa nəzarəti ələ aldı və inamla finiş xəttini birinci keçdi.

    Lando Norris isə böyük bəxtsizlik yaşadı – finişə 8 dövrə qalmış bolidində texniki nasazlıq səbəbilə alov baş verdi və o, yarışı dayandırdı. Bu hadisə Piastriyə əlavə üstünlük qazandırdı və pilot mövsüm hesabında xal fərqini artırdı.

    İkinci yerdə isə yerli azarkeşlərin sevimlisi, dünya çempionu Maks Ferstappen qərarlaşdı. O, güclü start götürsə də, McLaren-in sürətinə qarşı sona qədər rəqabət apara bilmədi.

    Ən böyük sürpriz isə podiuma yüksələn İsak Acar oldu. Racing Bulls pilotu sabit performans göstərərək 3-cü yerdə finişə çatdı. Bu, gənc fransız pilotun Formula-1 karyerasında ən böyük uğurudur.

    Ferrari üçün isə yarış faciə ilə nəticələndi. Luis Hemilton trasdan çıxaraq bolidini məhv etdi və təhlükəsizlik maşını meydana çıxdı. Daha sonra Şarl Lekler aqressiv hücum zamanı Corc Rassellə toqquşdu, ardınca isə Andrea Antonelli ilə qəza etdi. İtalyan günahını etiraf etsə də, nəticə dəyişmədi – Ferrari pilotlarının hər ikisi yarışı tamamlamadı.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni