2026-cı il dünya çempionatının final mərhələsinə çıxmaq üçün Avropa zonasında keçirilən matçların payız dövrü başlanır. sport-az.com-ın məlumatına görə, bu gün cəmi 8 qarşılaşma baş tutacaq. Bu oyunlar A və E qruplarında ilk tur, J və G qruplarında isə 5-ci tur çərçivəsində keçiriləcək.
Türkiyə yığması seçmə mərhələdəki ilk matçını səfərdə Gürcüstanla oynayacaq. İspaniya isə Bolqarıstana qonaq olacaq. Niderland Polşanı evində qəbul edəcəksə, Almaniya Slovakiyada sınağa çəkiləcək.
Qeyd edək ki, Azərbaycan milli komandası dünya çempionatının ilk seçmə oyununda səfərdə İslandiya ilə üz-üzə gələcək. Qarşılaşma sabah saat 22:45-də start götürəcək.
DÇ-2026
4 sentyabr
- J qrupu
- 18:00. Qazaxıstan – Uels
- 22:45. Lixtenşteyn – Belçika
- E qrupu
- 20:00. Gürcüstan – Türkiyə
- 22:45. Bolqarıstan – İspaniya
- G qrupu
- 20:00. Litva – Malta
- 22:45. Niderland – Polşa
- A qrupu
- 22:45. Slovakiya – Almaniya
- 22:45. Lüksemburq – Şimali İrlandiya



