More

    Azərbaycan qadın voleybol millisi gənc yığma ilə təcrübə mübadiləsi edib

    Qadınlardan ibarət Azərbaycan milli voleybol komandasının üzvləri III MDB Oyunlarına hazırlıq keçən 15 yaşlı qızlar yığması ilə görüş keçirib.

    Bu barədə Sport-az-a Azərbaycan Voleybol Federasiyasından (AVF) bildirilib ki, federasiyanın idman zalında təşkil olunan tədbirdə təcrübəli idmançılar gənc voleybolçularla isti söhbət aparıb, peşəkar karyeralarındakı təcrübələri bölüşüb və qarşıdakı yarışlarda uğurlar arzulayıblar. Bu görüş gənc nəslin motivasiyasını artırmaq və voleybolun inkişafına töhfə vermək məqsədi daşıyıb.

    Qeyd edək ki, Azərbaycan 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində III MDB Oyunlarına ev sahibliyi edəcək. Tədbir çərçivəsində voleybol yarışları da daxil olmaqla 23 idman növü üzrə mübarizə aparılacaq, gənc qızlar yığması isə hazırlıq mərhələsində Özbəkistan və Gürcüstanda sınaq matçları keçirəcək.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni