19-21 sentyabr 2025-ci il tarixlərində Bakıda keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2025 yarışını motorsport həyəcanı ilə musiqi festivalı birləşdirəcək.
Sport-az.com-un Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən əldə etdiyi məlumata görə, “Baku Crystal Hall” səhnəsi dünya musiqisinin üç nəhəngini ağırlayacaq – Anyma, Martin Garrix və Glass Animals.
- 19 sentyabr – Anyma: Elektron musiqinin futuristik nümayəndəsi Anyma audiovizual performansı ilə reallıq və fantaziya arasındakı sərhədləri aşacaq. Onun şousu texnologiya, işıq və səsin birləşməsi ilə paralel kainat təcrübəsi təqdim edəcək. “Tomorrowland” və “Coachella” kimi qlobal festival səhnələrində heyranlıq oyayan Anyma Bakıda da tamaşaçıları unudulmaz gecəyə dəvət edir.
- 20 sentyabr – Martin Garrix və Glass Animals: “DJ Mag Top 100 DJ’s” siyahısında liderlik edən Martin Garrix “Animals”, “Scared to be Lonely” (Dua Lipa ilə), “In the Name of Love” (Bebe Rexha ilə) və “We Are the People” (Bono və The Edge ilə) hitlərini canlı ifa edəcək. Enerji dolu seti ilə Garrix yarış həftəsonunun zirvəsini təşkil edəcək. Indie-pop qrupu Glass Animals “Heat Waves” mahnısı ilə “Billboard Hot 100”də 7 həftə 1-ci yer tutaraq iz qoyub. Onların kreativ üslubu və interaktiv performansı Bakıda unikal emosional atmosfer yaradacaq.
Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2025 sürət idmanını musiqi festivalı ilə birləşdirərək Bakını qlobal əyləncə mərkəzinə çevirəcək. Bu üç gecə motorsport həvəskarları və musiqi sevdalıları üçün tam festival təcrübəsi təqdim edəcək.
Bilet məlumatı
Konsertlərə yarış biletləri və ya ayrıca konsert biletləri ilə daxil olmaq mümkündür. Yarış biletləri www.bakucitycircuit.com saytından, konsert biletləri isə şəhər kassalarından əldə edilə bilər.



