UFC prezidenti Dana Uayt restler Loqan Polun irlandiyalı döyüşçü Konor Makqreqorla qarşılaşmasının baş tutmama səbəbini açıqlayıb. Sport-az.com-un məlumatına görə, Loqan Pol bu məsələ ilə bağlı birbaşa UFC rəhbərinə sual ünvanlayıb.
Dana Uayt isə cavabında belə deyib:
“Niyə onunla döyüşürsən? Sən çox nəhəngsən. Konorun çəkisi 145 və ya 155 kiloqramdır.”
Pol isə öz növbəsində belə reaksiya verib:
“Elədir, amma Konor məni döyə biləcəyini demişdi. İnsanlar baxardı.”
Xatırladaq ki, 2024-cü ilin dekabrında Hindistanda Makqreqorla Polun döyüşəcəyi barədə məlumat yayılmış, hər iki tərəfin qarşılaşma üçün 250 milyon dollar qazanacağı iddia olunmuşdu.
Məlum açıq mənbələrə görə, hazırda Makqreqorun çəkisi təxminən 70 kq, Pol isə 100 kq-dır. Bundan başqa, Loqan Pol rəqibindən 13 sm uzunboyludur (188 sm – 175 sm).



