F1 tarixində rekord Bakıda: Fərstappen Senna ilə bərabərləşdi

Red Bull pilotu Maks Fərstappen, Azərbaycan Qran-Prisinin təsnifat mərhələsində poulda (startda birinci mövqe) qalib gəlib. Bu nəticə həm tarixi rekord, həm də şəxsi nailiyyətlə yadda qalıb.

Bakıdakı rekord: 6 dəfə qırmızı bayraq

Bazar günü keçiriləcək yarış üçün start sıralamasını müəyyən edən sessiya Formula-1 tarixində ən çox qırmızı bayraqla dayandırılan təsnifat oldu. Sessiya 6 dəfə qəza və insidentlər səbəbindən yarımçıq qaldı.
Əvvəlki rekordlar:

  • Bakı, 2024 – 5 qırmızı bayraq
  • İmola, 2022 – 5 qırmızı bayraq

Bu dəfə insidentlərə səbəb olan pilotlar:

  • Aleks Albon (Williams)
  • Niko Hülkenberq (Sauber)
  • Franko Kolapinto (Alpine)
  • Oliver Berman (Haas)
  • Şarl Lekler (Ferrari)
  • Oskar Piastri (McLaren)

Fərstappenin şəxsi nailiyyəti

Maks Fərstappen karyerasında 46-cı poulda qalib oldu. Bu nəticə ilə o, əfsanəvi braziliyalı pilot Ayrton Senna ilə bərabərləşdi. Senna da eyni sayda poul qazanmışdı, amma McLaren komandası ilə.

Daha çox poul qazanmış pilotlar yalnız:

  • Mixael Şumaxer – 58 (Ferrari)
  • Lyuis Hemilton – 78 (Mercedes)

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni