Oktyabrın 4-də 2026-cı ildə təşkil olunacaq qadınlar arasında Avropa Voleybol Çempionatının final mərhələsinin püşkatma mərasimi baş tutacaq. Bu barədə Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.
“EuroVolley 2026” yarışının biletləri isə noyabrın 7-də satışa çıxacaq. Turnir avqustun 21-dən sentyabrın 6-dək davam edəcək və oyunlar Bakı (Azərbaycan), İstanbul (Türkiyə), Brno (Çexiya) və Geteborg (İsveç) şəhərlərində keçiriləcək.
Püşkatma mərasimi İtaliyanın Bari şəhərində məşhur “Norman-Swabian” qalasında keçiriləcək və CEV-in rəsmi “YouTube” kanalında canlı yayımlanacaq. Tədbirdə ulduz voleybolçular və icmanın bir çox digər üzvü iştirak edəcək. Azərbaycan Voleybol Federasiyasını idarə heyətinin üzvü Elqar Bağırov və millimizin voleybolçusu Ayşən Abduləzimova mərasimdə təmsil edəcəklər.