Xankəndidə III MDB Oyunları çərçivəsində kamandan oxatma yarışları start götürüb

Bu gün Xankəndi şəhərində keçirilən III MDB Oyunları kamandan oxatma yarışları baş tutub. Tədbir Ağdərə və Xocalı rayonlarında yerləşən Bərpa, Tikinti və İdarəetmə Xidmətinin dəstəyi ilə təşkil olunub.

Turnirdə 7 ölkədən 40 idmançı iştirak edir, Azərbaycan isə 3 oğlan və 3 qız olmaqla ümumilikdə 6 yarışmacını təmsil edir. Yarışlar Xankəndi şəhər stadionunda keçirilir və yerli sakinlər, Qarabağ Universitetinin tələbələri ilə yanaşı media nümayəndələri tərəfindən izlənilir.

Qeyd edək ki, kamandan oxatma yarışları oktyabrın 5-də yekunlaşacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni