Azərbaycanın kişi və qadın şahmat milliləri Səmərqənddə keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında mübarizəni davam etdirirlər. Komandalar bu gün turnirin səkkizinci turunda növbəti qarşılaşmalarını keçirəcəklər.
Kişilərdən ibarət Azərbaycan yığmasını turun ən maraqlı görüşlərindən biri gözləyir. Millimiz güclü Hindistan komandası ilə üz-üzə gələcək. Yeddi turdan sonra hər iki komandanın aktivində 12 komanda xalı var. Azərbaycan əlavə göstəricilərə əsasən beşinci pillədə qərarlaşıb.
Qadınlardan ibarət Azərbaycan yığmasının səkkizinci turdakı rəqibi Argentina olacaq. Hər iki komanda ilk yeddi turdan sonra 10 xal toplayıb. Azərbaycan millisi hazırda turnir cədvəlində 14-cü yerdədir.
Qadın komandamız turnirə uğurlu başlamış, ilk beş qarşılaşmada maksimum nəticə göstərərək 10 xal toplamışdı. Beşinci turda Serbiya 3:1 hesabı ilə məğlub edilmişdi. Altıncı turda isə Azərbaycan Qazaxıstana 1,5:2,5 hesabı ilə uduzaraq turnirdə ilk məğlubiyyətini almışdı.





