Azərbaycan millisi dünya çempionatını medalsız başa vurdu

Minifutbol üzrə U-23 Azərbaycan millisi Xorvatiyanın Malıy Loşin şəhərində keçirilən dünya çempionatında üçüncü yer uğrunda mübarizə aparıb.

Sport-az.com-ın məlumatına görə, baş məşqçi Rəcəb Fərəczadənin rəhbərlik etdiyi komanda Serbiya ilə qarşılaşıb və oyun 3:0 hesabı ilə rəqibin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində Çexiyaya 0:2, Serbiyaya isə 1:5 hesabı ilə məğlub olub, Hindistana qarşı isə 16:0 hesabı ilə qələbə qazanıb. 1/4 finalda İngiltərəni 3:0 hesabı ilə məğlub edən komandamız, yarımfinalda yenidən Çexiyaya 1:4 hesabı ilə uduzub və beləliklə, çempionatı medalsız başa vurub.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni