“Bakı” avrokuboka 15 oyunçu ilə gedəcək – HEYƏT

Kişi həndbolçulardan ibarət “Bakı” klubunun Avropa kubokunda iştirak edəcək heyəti məlum olub. Təmsilçimiz turnirə ikinci mərhələdən qatılacaq və ümumilikdə 15 oyunçu sifariş edilib.

Sport-az.com-in verdiyi məlumata görə, komandanın qapısını Kamil Məmmədzadə və Rusiya vətəndaşı Rüstəm Hüseynov qoruyacaqlar. Heyətdə yer alan digər oyunçular: Teymur Axundov, Nicat Əzizov, Elnur Hüseynzadə, Kamran Məmmədov, Elgün Məmmədrəhimov, Elgün Məmmədzadə, Sabir Nəzərəliyev, Fərid Səvziyev, Aleksandr Serqunin, Malik Şəfiyev.

Komandanın heyətində üç legioner də yer alıb: Rusiya vətəndaşı Valeri Kramarov, ukraynalı Vladislav Napadaylo və belaruslu Artyom Skribadır.

Qeyd edək ki, Eldar Fərəcovun rəhbərlik etdiyi komanda ikinci mərhələdə Monteneqro təmsilçisi “Lovçen” ilə qarşılaşacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni