“Çelsi” 2023-cü ildən bəri “Mançester Siti” akademiyasının yetirmələrinə 344 milyon avro xərcləyib

“Çelsi” son illərdə transfer siyasətində maraqlı tendensiya ilə diqqət çəkir. London klubu 2023-cü ildən bəri vaxtilə “Mançester Siti” akademiyasında yetişmiş futbolçuların transferinə ümumilikdə 344 milyon avro xərcləyib. Son olaraq Morqan Rocersin “Aston Villa”dan rekord məbləğ – 137 milyon avroya transferi bu rəqəmi 300 milyon avro həddini xeyli geridə qoyub.

BBC-nin təhlilinə görə, hazırda “Çelsi”nin əsas heyətində “Mançester Siti” akademiyasından çıxmış futbolçuların sayı klubun öz akademiyası olan Kobhemdən yetişən oyunçuların sayından belə çox ola bilər. Bu da son illərdə London klubunun transfer strategiyasında formalaşan yeni istiqaməti nümayiş etdirir.

Ən bahalı transfer Morqan Rocers olub

“Çelsi”nin 2023-cü ildən etibarən “Mançester Siti” akademiyasından keçmiş futbolçular üçün ödədiyi transfer məbləğləri belədir:

  • Morqan Rocers – 137 milyon avro
  • Romeo Laviya – 62 milyon avro
  • Ceymi Gittens – 60 milyon avro
  • Koul Palmer – 50 milyon avro
  • Liam Delap – 35 milyon avro

Beləliklə, bu beş transfer üçün ödənilən ümumi məbləğ 344 milyon avroya çatıb. Rocers isə həm “Çelsi” tarixinin ən bahalı transferi, həm də Britaniya futbolu tarixinin rekord transferlərindən birinə çevrilib.

Pulsuz transfer də siyahıya daxildir

Qeyd edək ki, 2024-cü ilin yayında Tosin Adarabioyo da “Çelsi”yə qoşulub. Müdafiəçi “Mançester Siti” akademiyasının yetirməsi olsa da, London klubuna azad agent kimi keçdiyi üçün onun transferi üçün heç bir məbləğ ödənilməyib. Buna baxmayaraq, o da hazırda “Çelsi”nin heyətində “Siti” akademiyasından çıxmış futbolçular sırasında yer alır.

Mütəxəssislərin fikrincə, bu strategiyanın əsas səbəblərindən biri Koul Palmerin uğurlu çıxışıdır. Onun transferindən sonra “Çelsi” rəhbərliyi “Mançester Siti” akademiyasında formalaşmış və daha sonra başqa klublarda inkişaf etmiş gənc futbolçulara daha çox üstünlük verməyə başlayıb. Morqan Rocersin transferi də bu siyasətin davamı kimi qiymətləndirilir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni