“Dobrovolskiy” kubokunda Azərbaycan millisi 4 medal qazandı

Sankt-Peterburq şəhərində batut gimnastikası və tamblinq üzrə keçirilən “Dobrovolskiy” kubokunda Azərbaycan idmançıları uğurla çıxış edərək 4 medal əldə ediblər.

Sport-az.com-in məlumatına görə, tamblinqdə ölkəmizi təmsil edən Mixail Malkin qızıl medal, Adil Hacızadə və Aleksey Karataşov isə gümüş medalla mükafatlandırılıblar.

Sinxron proqramda, batut gimnastikası üzrə isə Ammar Baxşalıyev və Əli Niftaliyev bürünc medala sahib çıxıblar.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni