İsmayıllıda velosiped üzrə Azərbaycan çempionları müəyyənləşdi

İsmayıllı rayonunda keçirilən çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatına yekun vurulub. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkil etdiyi yarışda qaliblər üç yarış gününün ümumi nəticələrinə əsasən müəyyənləşib.

Çempionat şose velosipedi üzrə mövsümün sonuncu daxili yarışı olub. İdmançılar birinci və üçüncü günlərdə qrup ötüşmələrində, ikinci yarış günündə isə fərdi ötüşmədə güclərini sınayıblar.

Ümumi təsnifatda Elit/U-23 kateqoriyasında “AE Cycling School”un üzvləri bütün podiumu tutublar. Şahin Eyvazov Azərbaycan çempionu adını qazanıb, Nofəl Nuriyev ikinci, Əli Qurbanov isə üçüncü olub.

Dörd kateqoriyada qaliblər müəyyənləşib

Elit/U-23

    1. Şahin Eyvazov – “AE Cycling School”
    1. Nofəl Nuriyev – “AE Cycling School”
    1. Əli Qurbanov – “AE Cycling School”

Gənclər

    1. Nihad Xudoyev – ROEQİUGVM
    1. Murad Nadirov – “Təhsil”
    1. Həsən Zeynalov – ROEQİUGVM

Gənclər arasında Nihad Xudoyev üç yarış gününün yekununda ən yaxşı nəticəni göstərərək ölkə çempionu olub. Murad Nadirov gümüş, Həsən Zeynalov isə bürünc medal əldə edib.

U-17

    1. Ümid İsmayılov – “Təhsil”
    1. İlkin Sadıqzadə – “Təhsil”
    1. Əli Zeynalzadə – ROEQİUGVM

U-15

    1. Emil Abbasov – “AE Cycling School”
    1. İsmayıl Xankişiyev – ROEQİUGVM
    1. Mirəli Miryəhyayev – ROEQİUGVM

Mövsümün son daxili şose yarışı başa çatdı

U-17 kateqoriyasında “Təhsil” komandasının iki üzvü fəxri kürsüyə yüksəlib. Ümid İsmayılov qızıl, İlkin Sadıqzadə gümüş medal qazanıb. U-15-də isə “AE Cycling School”u təmsil edən Emil Abbasov bütün rəqiblərini qabaqlayıb.

Çempionatın sonunda fərqlənən velosipedçilərə Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medallar, diplomlar və pul mükafatları təqdim olunub.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni