UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk qarşılaşmaları yekunlaşıb. Avqustun 6-da keçirilən oyunlarda bir sıra diqqətçəkən nəticələr qeydə alınıb. Azərbaycan təmsilçisi “Qarabağ” Polşada Kiyev “Dinamo”suna 0:1 hesabı ilə uduzub.
Bu cütün pley-off mərhələsindəki potensial rəqiblərinin görüşündə isə “Tvente” böyük üstünlük nümayiş etdirib. Niderland klubu doğma meydanda Slovakiyanın “Dunayska Streda” komandasını 6:0 hesabı ilə darmadağın edərək cavab qarşılaşması öncəsi növbəti mərhələyə çox yaxınlaşıb.
III təsnifat mərhələsi, ilk oyunlar:
- “İnter Turku” – “Vaduts” 2:1
- HJK – “Motervell” 1:1
- “Yablonets” – RFS 2:0
- “Noa” – “Syon” 2:2
- “Payde” – “Rapid” 1:4
- ÇFR – “Tromse” 0:5
- “Debretsen” – “Kopenhagen” 0:3
- “Dinamo” Kiyev – “Qarabağ” 1:0
- “Göteborq” – “Gent” 0:1
- “İnter Eskaldes” – “Flora” 2:0
- “Rakuv” – “Hammarbü” 0:0
- “Riqa” – “Dyor” 1:0
- “Şerif” – “Sent-Qallen” 1:3
- “Jalgiris” – “Hayduk” 2:5
- “Beytar” – “Austria” 1:2
- “Ayaks” – “Şelburn” 3:1
- “Hapoel” Təl-Əviv – “Katovitse” 2:0
- “Tvente” – “Dunayska Streda” 6:0
- “Borats” – “Vitebsk” 1:0
- “Braqa” – “Dinamo” Minsk 1:0
- “Luqano” – “Runavik” 2:0
- “Valyur” – “Nordsyelland” 0:2
- “Bohemians” – “Midtyulland” 0:2
- “Riyeka” – “İlves” 1:0
- “Hibernian” – “Şkendiya” 2:1
- “Partizan” – “Tobol” 3:0
- “Tre Fiori” – “Drita” 1:4
Cavab qarşılaşmaları gələn həftə keçiriləcək. “Qarabağ” Bakıda Kiyev “Dinamo”su ilə duelin taleyini dəyişməyə çalışacaq. Bu cütün qalibi pley-off mərhələsində “Tvente” – “Dunayska Streda” qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.




