Levandovskinin yeni ünvanı bəlli olur: MLS klubu ilə tam razılıq əldə edildi

Robert Levandovskinin karyerasını ABŞ-da davam etdirməyə hazırlaşdığı bildirilir. Məlumata görə, İspaniya nəhəngi “Barselona”dan ayrılacağını açıqlayan təcrübəli hücumçu MLS təmsilçisi “Çikaqo Fayr”la bütün əsas şərtlər üzrə ortaq məxrəcə gəlib.

Tərəflər arasında aparılan danışıqların uğurla yekunlaşdığı və transferin rəsmiləşdirilməsi üçün son prosedurların qaldığı qeyd olunur. Əgər gözlənilməz dəyişiklik baş verməzsə, keçidlə bağlı rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.

Mənbələrin məlumatına əsasən, 37 yaşlı polşalı futbolçu ilə imzalanacaq müqavilə iki mövsümü əhatə edəcək. Sazişdə əlavə bir il uzatma bəndinin də yer alacağı bildirilir.

Levandovskinin yeni komandasında illik qazancının təxminən 10 milyon dollar olacağı iddia edilir. Bununla yanaşı, “Çikaqo Fayr” rəhbərliyi hücumçuya futbolçu karyerasını başa vurduqdan sonra klubun beynəlxalq səfiri kimi fəaliyyət göstərməyi də təklif edib. Bu addımın həm marketinq, həm də brend dəyərinin artırılması baxımından vacib hesab olunduğu vurğulanır.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni