“Liverpul” Quansa ilə müqaviləni uzatdı

“Liverpul” futbol klubu müdafiəçisi Carell Quansa ilə yeni müqavilə imzalayıb.

Sport-az.com-ın verdiyi məlumata görə, klubun mətbuat xidməti 21 yaşlı mərkəz müdafiəçisi ilə anlaşmanın 2030-cu ilin iyun ayına qədər uzadıldığını açıqlayıb.

Qeyd edək ki, Quansa 2023-cü ilin yayından etibarən “Liverpul”un əsas komandasında çıxış edir. O, cari mövsümdə Premyer Liqada bir oyunda meydana çıxıb.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni