Maykl Olise Fransa millisində tarixi rekorda bir addım fərqlə çatdı

Fransa millisinin cinah hücumçusu Maykl Olise UEFA Millətlər Liqasında Belçika üzərində qazanılan 4:1 hesablı qələbədən sonra milli komandanın tarixinə düşüb. “Bavariya”nın futbolçusu həmin görüşdə oyuna sonradan daxil olaraq iki qol vurub və bir məhsuldar ötürmə edib. Bu göstərici sayəsində o, Fransa millisində son 68 ilin ən yaxşı nəticələrindən birinə imza atıb.

L’Equipe-in məlumatına görə, 24 yaşlı futbolçu Fransa millisində keçirdiyi 29-cu oyunda həm 10 qol, həm də 10 məhsuldar ötürmə həddinə çatıb. Bu göstəriciyə ondan daha sürətli yalnız əfsanəvi Raymon Kopa nail olub. O, 1958-ci ildə eyni nəticəni 28 oyunda əldə etmişdi.

Olisenin Belçikaya qarşı parlaq çıxışı Fransa millisinin geridönüşündə həlledici rol oynayıb. Komanda ilk hissədə hesabda geri düşsə də, son 15 dəqiqədə dörd qol vuraraq inamlı qələbə qazanıb. Hücumçunun iki qolu və bir məhsuldar ötürməsi onun milli komandadakı təsirinin daha da artdığını göstərib.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni