Millimizdən “het-trik”

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib və yenidən ağır məğlubiyyət alıb.

Sport-az.com xəbər verir ki, Litva ilə qarşılaşan millimiz bu mərhələdə 3-cü dəfədir ki, 50 və daha artıq fərqlə uduzur. Bu dəfə komandamız 61 xallıq fərqlə məğlub olub – 47:108. Bu nəticə seçmə mərhələdə ikinci ən böyük fərqdir.

Azərbaycan millisinin qeydə aldığı antirekord isə Belçika ilə oyuna aiddir. Komandamız həmin görüşdə 108 xallıq fərqlə məğlubiyyət yaşamışdı.

Ümumilikdə, seçmə mərhələdə 4 oyun 50 və daha çox fərqlə başa çatıb və bunlardan üçü Azərbaycan millisinə aiddir. Komandamız bu acı məğlubiyyətləri ilə “het-trik” edib. Bu seriyaya sahib olan başqa bir komanda isə yalnız İrlandiyadır.

50 və daha böyük fərqlə başa çatan oyunlar:

  • 108 xal: Azərbaycan – Belçika – 28:136
  • 61 xal: Azərbaycan – Litva – 47:108
  • 54 xal: Polşa – Azərbaycan – 105:51
  • 52 xal: İrlandiya – Fransa – 48:100

Qeyd edək ki, bütün oyunlarında məğlub olan Azərbaycan millisi seçmə mərhələdə daha iki oyun keçirəcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni