NBA-nın 2026/27 mövsümünün müntəzəm çempionatında noyabrın 9-dan 10-na keçən gecə 8 qarşılaşma keçirilib. Oyun günündə “Los-Anceles Leykers”, “Detroyt Pistons” və “Hyuston Rokets” qələbə qazanıb. “Qolden Steyt Uorriors” isə rəqibini 51 xal fərqi ilə məğlub edib.
“Los-Anceles Leykers” səfərdə “Atlanta Houks”u 124:114 hesabı ilə üstələyib. Meydan sahibləri görüşə daha yaxşı başlasalar da, ilk periodun sonunda qonaqlar 13:0 hesablı seriya ilə önə keçiblər. Bundan sonra üstünlüyünü qoruyan “Leykers” matçı qələbə ilə başa vurub.
Qalib komandada Luka Donçiç 32 xal və 10 məhsuldar ötürmə, Uoker Kessler isə 21 xal və 10 ribaund ilə dabl-dabl edib.
“Detroyt” və “Hyuston” qalib gəldi, “Qolden Steyt” fərqləndi
“Detroyt Pistons” doğma meydanda “Vaşinqton Uizards”ı 122:111 hesabı ilə məğlub edib. İlk periodu 31:32 hesabı ilə uduzan ev sahibləri ikinci hissənin əvvəlində 11:2 hesablı seriya ilə üstünlüyü ələ keçiriblər. Con Kollinz 24 xal və 10 ribaund ilə komandasının ən məhsuldar oyunçusu olub.
“Hyuston Rokets” isə “Denver Naqqets” üzərində 110:100 hesablı qələbə qazanıb. Qarşılaşmanın böyük hissəsində hesabda öndə olan “Rokets” bir ara fərqi 19 xala çatdırıb.
Kevin Durant 23 xal, 12 ribaund və 8 ötürmə, Alperen Şengün isə 20 xal, 12 ribaund və 8 ötürmə ilə tripl-dabla yaxın nəticə göstəriblər.
Gecənin ən böyükhesablı qələbəsini “Qolden Steyt Uorriors” əldə edib. Komanda “Nyu-Orlean Pelikans”ı 138:87 hesabı ilə darmadağın edərək bütün periodlarda üstün olub. Stefen Karri və Brandin Podzemski hərəyə 25 xal toplayıblar.
NBA-da gecənin bütün nəticələri və oyunçu statistikası
Atlanta – Leykers – 114:124 (22:31, 35:37, 33:27, 24:29)
Atlanta: Aleksander-Uoker (20), Okonqvu (16 + 9 ribaund), Conson (15 + 7 ribaund), Deniels (10 + 8 ötürmə), Fleminqs (8) – start heyəti; C. Makkollum (21), Uiqins (15), Lendeyl (5), Dort (4), Eciofor (0).
Leykers: Donçiç (32 + 8 ribaund + 10 ötürmə + 6 top itkisi), Kessler (21 + 10 ribaund), Uilyams (12), Taybull (6), Lareviya (4) – start heyəti; Mamukelaşvili (23 + 8 ribaund), Sekston (18 + 6 ötürmə), Vanderbilt (4), Tyero (2), Karr (2).
Şarlott – Klivlend – 124:112 (29:28, 40:25, 38:27, 17:32)
Şarlott: Allen (27 + 6 ötürmə), Rid (25 + 13 ribaund), Ceyms (11), Uayt (10 + 9 ötürmə), Kalkbrenner (8 + 15 ribaund + 3 blok-şot) – start heyəti; Saloun (14), O’Nil (10), Anderson (9), Layam (8), Ştaynbax (2).
Klivlend: Uotson (13), Allen (12 + 7 ribaund), Harden (11), Mitçell (11), Mobli (9) – start heyəti; Tomas (18), Brayant (11), Hezonya (10), Porter (9), Proktor (6), Miniks (2), Omier (0).
Detroyt – Vaşinqton – 122:111 (31:32, 37:26, 35:29, 19:24)
Detroyt: Kollinz (24 + 10 ribaund), Robinson (22), Cenkins (22 + 8 ötürmə), Kanninqem (17 + 7 ötürmə), Tompson (8 + 5 top itkisi) – start heyəti; Hyorter (12), Qrin (7), Okori (5), Rid (4 + 10 ribaund + 3 blok-şot), Holland II (1), Cons (0), Lanyer (0).
Vaşinqton: Devis (44 + 13 ribaund), C. Dibantsa (21 + 8 ribaund + 5 top itkisi), Yanq (20 + 7 ötürmə), Corc (12 + 5 top itkisi), Sarr (4 + 8 ribaund) – start heyəti; Karrinqton (4), Okpara (2), Eyton (2 + 8 ribaund), Conson (2), Hill (0), Menn (0), Rayli (0).
Toronto – Memfis – 102:118 (26:25, 27:34, 28:30, 21:29)
Toronto: Şed (20 + 11 ötürmə), C. Barrett (19), Pöltl (18 + 8 ribaund + 4 blok-şot), Uolter (12), Anderson (6) – start heyəti; Bettl (18), Cekson-Devis (4), Qreyvs (3), Martin (2).
Memfis: Cerom (27), Buzer (22 + 7 ribaund + 8 ötürmə + 6 top itkisi), Uells (14), İdi (8 + 9 ribaund), Kauard (3) – start heyəti; Qrant (17), Hendriks (9), Smoll (9), Spenser (7), C. Cekson (2).
Dallas – İndiana – 125:122 (26:31, 30:35, 34:27, 35:29)
Dallas: Fleqq (43 + 10 ribaund + 6 ötürmə + 5 top itkisi), İrvinq (35), C. Vaşinqton (13 + 9 ribaund), Qefford (8), Martin (0) – start heyəti; Aldama (10), Marşall (6), Kleyton (6), Rizaşe (4), Kristi (0).
İndiana: Siakam (29 + 9 ribaund + 8 ötürmə), Nesmit (18), Zubats (16), Nembhard (12 + 12 ötürmə), Smit (0) – start heyəti; Ubre (14), Toppin (10), Cekson (10), Uoker (7), Nens (4), C. Makkonnell (2).
Hyuston – Denver – 110:100 (32:24, 22:16, 23:28, 33:32)
Hyuston: Durant (23 + 12 ribaund + 8 ötürmə + 6 top itkisi), Şengün (20 + 12 ribaund + 8 ötürmə), Smit (14 + 7 ribaund), VanVlit (12), Tompson (8 + 9 ribaund) – start heyəti; İson (12), Boqdanoviç (8), Şeppard (8), Smart (5), Krouford (0), Tornton (0).
Denver: Marrey (38), Yokiç (25 + 16 ribaund + 9 ötürmə), Conson (8), Braun (4), Qordon (3) – start heyəti; Derozan (7), Beqli III (6), Brazil (5), Hopkins (2), T. Cons (2).
Finiks – San-Antonio – 96:122 (25:31, 21:30, 22:32, 28:29)
Finiks: Buker (32), Bruks (7), Bricis (7), İqodaro (7), Qrin (6) – start heyəti; Maluaç (11), Qillespi (6), Pit (4), Buye (4), Dann (3), Kennard (3), Fleminq (2), Rit (2), Spenser (2).
San-Antonio: Vembanyama (40 + 11 ribaund + 9 blok-şot), Harper (17), Foks (15 + 9 ribaund + 6 ötürmə), Şampan (11), Kasl (4 + 8 ribaund + 7 ötürmə) – start heyəti; Barns (11), Brayant (8), Conson (4), Rid (4), Maklaflin (4), Cons Qarsiya (2), Kornet (2).
Qolden Steyt – Nyu-Orlean – 138:87 (35:20, 37:23, 40:22, 26:22)
Qolden Steyt: Karri (25), Podzemski (25), Lendeborq (23 + 7 ribaund), Santos (3 + 7 ribaund), Qrin (2 + 6 ötürmə) – start heyəti; Melton (16), Bassi (12 + 10 ribaund), C. Krayer (10), Nianq (9), Horford (5 + 6 ötürmə + 3 blok-şot), İke (4), Uilyams (4), Leons (0).
Nyu-Orlean: Marrey (12), Firs (11 + 8 ötürmə + 6 top itkisi), Cons (10), Bey (9), Matkoviç (4) – start heyəti; Kuin (16 + 3 blok-şot), Makqouens (8), Pul (7), Maturin (6), Ris (2), C. Conson (2).







