UEFA Çempionlar Liqasının 2025/26 mövsümünün finalında PSJ ilə “Arsenal” üz-üzə gəlib. Gərgin və dramatik keçən qarşılaşmanın taleyi penaltilər seriyasında həll olunub. Daha dəqiq oynayan Paris təmsilçisi rəqibini üstələyərək ardıcıl ikinci dəfə Avropanın ən nüfuzlu klub turnirinin qalibi olub.
Oyuna daha fəal başlayan tərəf “Arsenal” olub. London klubu 6-cı dəqiqədə Kai Havertsin qolu ilə hesabı açıb. Alman hücumçu sürətli əks-hücumun ardından cərimə meydançasına daxil olaraq Matvey Safonovun qoruduğu qapını dəqiq nişan alıb.
PSJ üstün oynadı, Dembelenin qolu ümid verdi
Erkən qoldan sonra “Arsenal” müdafiəyə çəkilərək hesabı qorumağa çalışıb. Topa nəzarətdə böyük üstünlük qazanan PSJ isə rəqib qapısı önündə təhlükəli vəziyyətlər yaratmaqda çətinlik çəkib.
İkinci hissənin ortalarında parislilər arzuladıqları qola çatıb. Moskera cərimə meydançasında qayda pozuntusuna yol verdikdən sonra hakim penalti təyin edib. Topun arxasına keçən Usman Dembele 11 metrlik zərbəni dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.
Əlavə vaxtda komandalar qalib qolu vura bilmədiyindən çempion penaltilər seriyasında müəyyənləşib. İlk ciddi səhvə “Arsenal”ın heyətində Ebereçi Eze yol verib. Daha sonra David Raya Nuno Mendeşin zərbəsini dəf edərək komandasını oyunda saxlayıb. Lakin Qabrielin qaçırdığı penalti həlledici olub və PSJ-yə növbəti Avropa çempionluğunu qazandırıb.
Çempionlar Liqasının finalı
PSJ – Arsenal 1:1 (penaltilər seriyası – 4:3)
Qollar: Dembele, 65 (pen.) – Haverts, 6
PSJ: Safonov – Mendeş, Paço, Markinyos (Zabarnı, 106), Hakimi – Neveş, Vitinya (Beraldo, 106), Ruiz (Zair-Emeri, 95) – Kvaratsxeliya (Barkola, 83), Dembele (Ramuş, 90+6), Due.
Arsenal: Raya – İnkapye, Qabriel, Saliba, Moskera (Timber, 66) – Lyuis-Skelli (Subimendi, 91), Edeqor (Dyokeres, 66), Rays – Trossard (Martinelli, 83), Haverts (Eze, 91), Saka (Madueke, 83).




