“Qarabağ”ın “Benfika” ilə şərikli rekordu

“Qarabağ” klubu ev oyunlarındakı məhsuldarlıq seriyasını 4 oyuna çatdırıb.

Sport-az.com xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Misli Premyer Liqasında ardıcıl 4 ev oyununda rəqiblərin qapısına 3 və daha çox qol vurub. “Neftçi”ni 4:0, “Sabah”ı 3:2, “Şamaxı”nı 3:0 hesabı ilə məğlub edən “Qarabağ”, XIII turda isə “Zirə”nin qapısından 4 cavabsız top keçirib. Ağdam klubunun meydanında üç və ya daha az qol buraxan sonuncu komanda isə “Səbail” olub; həmin oyunda “Səbail” 1:2 hesabı ilə uduzub.

Bu göstərici dünya liqalarında davam edən ən uzun analoji seriyalar arasında yer alır. “Qarabağ” kimi məhsuldarlığı ilə fərqlənən daha 4 klub mövcuddur.

Yüksək liqalarda Portuqaliyanın “Benfika” və Estoniyanın “Flora” klubları ev oyunlarında rəqiblərə üstün gəlməkdə davam edir. Aşağı liqa komandalarından isə Fransanın “Loryan” və İsveçin “Esters” klubları da ardıcıl 4 ev oyununda rəqiblərin qapısına “3+” qol vurub.

Qeyd edək ki, “Qarabağ”ın çempionatda növbəti ev oyunu XVII turda “Sumqayıt”a qarşı keçiriləcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni