İngiltərənin “Mançester Yunayted” klubunda hücumçu Kriştianu Ronaldunun sabiq komanda yoldaşı olmuş Ueyn Runi Portuqaliya millisinin düşərgəsini özbaşına tərk edən və daha sonra baş məşqçi Jorje Jezuşu yalan danışmaqda ittiham edən bəyanat yayan 41 yaşlı forvardın davranışını sərt tənqid edib.
Bu barədə Portuqaliyanın məşhur “A Bola” nəşri xəbər verir.
“Kriştianu karyerasının sonu ilə barışa bilmir”
Runi sabiq komanda yoldaşının bu addımını qəbuledilməz adlandırıb:
“[Ronaldu] böyük oyunçudur. Messinin Argentina millisindən getdiyini açıqladığı gün onun Portuqaliya yığmasını bu tərzdə tərk etməsi və həmin bəyanatı yayması mənim nöqteyi-nəzərimdən hər baxımdan yanlışdır. Öz məşqçinə, komanda yoldaşlarına və federasiyaya bu cür zərər vurmaq çox böyük hörmətsizlik idi. Bütün proses başdan-ayağa səhv qurulmuşdu və bunu kənardan izləmək son dərəcə xoşagəlməz idi.
Hər bir futbolçu üçün yolun sonu gəlir. Hər şeyin bitdiyi bir an olmalıdır. Kriştianu bunun öhdəsindən gələ bilmir və belə mənzərəyə tamaşa etmək getdikcə narahatlıq doğurur. Məşqçiyə mətbuat konfransında nə danışacağını diktə edə bilməzsən… Bu, indiyə qədər gördüyüm bütün çərçivələri aşır”.
Münaqişənin pərdəarxası: Jezuşla yaşanan qarşıdurma
Xatırladaq ki, Ronaldu Millətlər Liqasının Norveçə qarşı matçında ehtiyat oyunçular skamyasında qaldıqdan sonra milli komandanın düşərgəsini tərk etmişdi. Daha sonra Portuqaliya yığmasının baş məşqçisi Jorje Jezuş bəyan etmişdi ki, Ronaldunu isinmə hərəkətlərinə göndərməsinə baxmayaraq, onu mütləq meydana buraxmaq məcburiyyətində deyildi.
Ronaldu isə komandanın başında Jezuş qaldığı müddətcə yığmaya qayıtmaq fikrində olmadığını açıqlayıb. Hücumçunun ən böyük narazılığına məhz baş məşqçinin ictimaiyyətə verdiyi açıqlamaların səbəb olduğu bildirilir.





