2-ci Liqada 4-cü tur davam edir: bu gün dörd oyun keçiriləcək

Azərbaycan 2-ci Liqasında 2026/2027 mövsümünün 4-cü turunun oyunları davam edir. Sentyabrın 20-də iki qarşılaşma ilə başlayan turun ikinci günündə daha dörd matç baş tutacaq.

Günün ilk iki görüşü saat 15:30-da, digər iki qarşılaşma isə 16:00-da başlayacaq. “Zəngəzur” səfərdə “Ağdaş”la qarşılaşacaq. “Dinamo” Bərdədə “Hypers”in qonağı olacaq. Günün digər oyunlarında “Kür-Araz” “Difai”ni, “Qaradağ Lökbatan” isə “Şəmkir”i qəbul edəcək.

İlk oyun günündə “Şirvan” doğma meydanda “Şəki”ni 6:0 hesabı ilə məğlub edib. Qarşılaşmanın əsas qəhrəmanı dörd qol vuran Amil Yunanov olub. Çingiz Məmmədov və Elcan Məmmədov da hərəyə bir dəfə fərqləniblər.

Digər görüşdə “Marafon” “Ağstafa Gəncləri” üzərində 2:1 hesablı qələbə qazanıb. “Marafon”un qollarını Emil Quluzadə və Fərid Nadirov, rəqibin yeganə qolunu isə Ramin Süleymanov vurub.

2-ci Liqa, 4-cü tur

21 sentyabr

“Ağdaş” – “Zəngəzur” – 15:30.
Hakimlər: Nahid Xasıyev, Hüseyn Vəliyev, Təhmin Cəlilbəyli, Vaqif Vəliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Ağdaş şəhər stadionu.

“Hypers” – “Dinamo” – 15:30.
Hakimlər: Kamil Aydınov, Cavid Ömərov, Tural Bayramov, Mehdi Yusifov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Bərdə şəhər stadionu.

“Kür-Araz” – “Difai” – 16:00
Hakimlər: Nəriman Ağayev, Nurlan Əhmədzadə, Samir Cabbarov, Samir Musayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu.

“Qaradağ Lökbatan” – “Şəmkir” – 16:00
Hakimlər: Elçin Abdullayev, Ağadur Mahmudov, Elvin Mədətov, Ləman Əmirli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.

2-ci Liqada 4-cü tur davam edir: bu gün dörd oyun keçiriləcək

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni