2025-ci ilin “Globe Soccer” mükafatına namizədlər açıqlanıb

2025-ci ilin ən yaxşı futbolçusunun seçimi üçün “Globe Soccer” tərəfindən namizədlərin siyahısı təqdim edilib. 16-cı dəfə keçiriləcək tədbirdə 25 aparıcı futbolçu mükafat uğrunda mübarizə aparacaq.

Namizədlər aşağıdakılardır:

  • PSJ-dən Usman Dembele, Əşrəf Hakimi, Desire Due, Xviça Kvaratsxeliya, Nuno Mendeş, Fabian Ruiz
  • “Mançester Siti”dən Canluici Donnarumma, Erlinq Haaland
  • “Arsenal”dan Viktor Qyökereş, Deklan Rays
  • “Liverpul”dan Aleksandr İsak, Məhəmməd Salah, Florian Virtz
  • “Real”dan Vinisius Junior, Kilian Mbappe
  • “Bavariya”dan Harri Keyn, Maykl Olise
  • “Barselona”dan Robert Levandovski, Pedri, Rafinya, Vitinya, Lamin Yamal
  • “İnter”dən Lautaro Martinez
  • “Napoli”dən Skott Maktominey
  • “Çelsi”dən Kol Palmer

Qeyd edək ki, mükafatlandırma mərasimi dekabrın 28-də Dubayda baş tutacaq və futbolun ən parlaq ulduzları orada bir araya gələcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni