39 yaşını qeyd edən Messi karyerası barədə qərarını açıqladı

Argentina millisinin kapitanı və dünya futbolunun ən böyük simalarından biri olan Lionel Messi ad günündə gələcəyi ilə bağlı səslənən suallara cavab verib. İyunun 24-də 39 yaşı tamam olan hücumçu futbolu yaxın zamanda tərk etməyi planlaşdırmadığını bildirib.

Təcrübəli futbolçu qeyd edib ki, özünü yaxşı hiss etdiyi və komandaya fayda verə bildiyi müddətdə peşəkar karyerasını davam etdirmək niyyətindədir. Onun sözlərinə görə, əsas meyar fiziki hazırlıq səviyyəsi və meydanda komandaya kömək etmək imkanının qalmasıdır.

Argentina millisinin lideri açıqlamasında bunları deyib:

“Daha bir neçə il oynamaq planım varmı? Bəli. Komandama kömək edə bildiyim, özümü yaxşı hiss etdiyim və meydanda faydalı olduğumu düşündüyüm müddətdə futbol oynamağa davam edəcəyəm”.

Bu sözlər futbolsevərlər arasında böyük maraq doğurub. Son illərdə Messinin mümkün təqaüdü barədə tez-tez müzakirələr aparılsa da, argentinalı ulduz hələ də yüksək səviyyədə çıxış etdiyini nümayiş etdirir.

Messi hazırda davam edən dünya çempionatında da komandasının əsas liderlərindən biridir. Qrup mərhələsindəki uğurlu çıxışı sayəsində Argentina millisi vaxtından əvvəl pley-off mərhələsinə yüksəlib. Komanda son turda İordaniya yığması ilə qarşılaşacaq və qrup liderliyini möhkəmləndirməyə çalışacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni