41 yaşlı Ronaldudan tarixi uğur: “Əl-Nəsr” çempion oldu

Səudiyyə Ərəbistanı Pro Liqasında mövsümün taleyini həll edən son tur dramatik hadisələrlə yadda qalıb. “Əl-Nəsr” həlledici qarşılaşmada “Damak” üzərində inamlı qələbə qazanaraq çempionluğunu rəsmiləşdirib. Komandanın uğurunda əsas pay sahiblərindən biri isə yenə də Kriştianu Ronaldu olub.

Paytaxt təmsilçisi gərgin keçən çempionatın son turunda rəqibini 4:1 hesabı ilə məğlub edərək turnir cədvəlini zirvədə başa vurub. Beləliklə, 41 yaşlı Ronaldu karyerasına daha bir titul əlavə edib.

Ronaldudan iki qol və möhtəşəm performans

“Əl-Nəsr” oyunda hesabı ilk hissədə Sadio Manenin qolu ilə açıb. Fasilədən dərhal sonra Kinqsli Koman uzaq məsafədən vurduğu baxımlı zərbə ilə fərqi artırıb. “Damak” penalti qolu ilə ümidlənsə də, bundan sonra səhnəyə Kriştianu Ronaldu çıxıb.

Portuqaliyalı ulduz əvvəlcə cərimə zərbəsindən möhtəşəm qol vuraraq rəqibin ümidlərini azaldıb. Daha sonra isə ikinci dəfə fərqlənərək komandasının qələbəsini rəsmiləşdirib. Ronaldu mövsüm ərzində də “Əl-Nəsr”in ən məhsuldar futbolçularından biri kimi çıxış edib.

41 yaşlı Ronaldudan tarixi uğur: “Əl-Nəsr” çempion oldu

“Əl-Nəsr” mövsümü 86 xalla başa vuraraq çempionluğu təmin edib. Komanda əsas rəqibi “Əl-Hilal”ı cəmi iki xal qabaqlayıb. Son turda “Əl-Hilal” da “Əl-Feyha” üzərində minimal hesablı qələbə qazansa da, bu nəticə titul üçün kifayət etməyib.

Səudiyyə Ərəbistanı çempionluğu Ronaldunun zəngin karyerasında növbəti mühüm uğurlardan biri kimi qiymətləndirilir. Futbolsevərlər isə portuqaliyalı ulduzun 41 yaşında belə yüksək səviyyədə çıxış etməsini xüsusi vurğulayırlar.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni