İsveç millisinin sabiq hücumçusu və hazırda “Milan” klubunda məsləhətçi kimi fəaliyyət göstərən Zlatan İbrahimoviç pul və həyatdakı xoşbəxtlik haqqında fikirlərini bölüşüb. Verdiyi müsahibəsində 44 yaşlı futbolçu pulun insanı nə qədər xoşbəxt edə biləcəyinə dair düşüncələrini açıqlayıb.
İbrahimoviç bildirib ki, yetərincə pulun olması həyat şəraitini yaxşılaşdıra bilər, amma “normal” anlayışı zamanla dəyişir: “Mən yoxsul ailədə böyümüşəm, atam ayda mindən az avro qazanırdı və biz həmin məbləği necə bölüşməyi öyrənmişdik. Buna baxmayaraq, həyatımdan məmnun idim. Pul həyatınızı rahatlaşdırar, ancaq xoşbəxtlik gətirmir. Xoşbəxtlik isə anların qiymətini bilməkdir”.
Futbolçu həmçinin karyerasının “Barselona” mərhələsindən söz açaraq, orada keçirdiyi vaxtın onu məyus etdiyini də etiraf edib: “Orada oynamayı çox istəyirdim, amma nə qədər çalışsam da, bir il sonra hər şey mənim üçün kabusa döndü”.



