FIFA 2026–2030 illəri üçün kişilərdən ibarət milli komandaların beynəlxalq oyun təqvimində mühüm yenilik edib. “The Athletic” nəşrinə istinadən verdiyi məlumata görə, xüsusilə yerli liqalarda milli komandaların oyunları ilə əlaqədar sentyabr-oktyabr aylarında mövcud olan fasilələr vahid vaxtda birləşdirilib.
Artıq iki ayrı fasilə əvəzinə sentyabr ayının sonlarından oktyabrın əvvəlinə qədər davam edən tək bir beynəlxalq fasilə mövcud olacaq. Bu müddət ərzində hər bir milli komanda dörd oyuna qədər keçirə biləcək. Bu dəyişikliyin nəticəsi olaraq, ölkə çempionatlarında, o cümlədən Azərbaycanda, 21 sentyabrdan etibarən təxminən üç həftəlik fasilə yaranacaq.
Qeyd etmək lazımdır ki, əvvəlki təqvimdə sentyabr və oktyabr aylarında iki ayrılıqda beynəlxalq fasilə var idi ki, hər milli komanda bu fasilələrdə maksimum iki oyuna çıxırdı. Yeni sistem isə daha səmərəli təşkilatçılığa şərait yaradacaq və komandaların yarış qrafikini optimallaşdıracaq.



