Mundialın seçmə mərhələsinin 3-cü turu çərçivəsində azərbaycanlılar Parisə yollanacaq. Sənin üçün qarşıdakı görüşə MelBet baxış hazırlamışıq.
Turnir vəziyyəti
İlk iki oyunda fransızlar maksimum xal toplayıblar. Əvvəlcə Didye Deşamın komandası Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edib, daha sonra isə İslandiya üzərində çətin qələbə qazanıb (2:1). 6 xalla Fransa D qrupuna başçılıq edir və dünya çempionatına birbaşa vəsiqə uğrunda mübarizənin əsas favoritidir.
Azərbaycan turnirə İslandiyaya qarşı 0:5 hesablı ağır məğlubiyyətlə başladı ki, bu da portuqaliyalı baş məşqçi Fernandu Santuşun istefası ilə nəticələndi. Baş məşqçi vəzifəsini icra edən rolunu Ayxan Abbasov üzərinə götürdü və onun rəhbərliyi altında komandamız Ukrayna ilə 1:1 hesablı heç-heçə oynadı. İki oyundan sonra Azərbaycan millisi top fərqinin daha pis olması səbəbindən ukraynalılara uduzaraq qrupda sonuncu yerdə qərarlaşıb.
«Millinin» ürəkaçmayan statistikası
Tarix boyu komandamız Fransa ilə cəmi iki oyun keçirib. 1995-ci ildə Oserdə baş tutan qarşılaşma 0:10 hesablı faciəvi məğlubiyyətlə yekunlaşıb, həmin Avro-96 seçmə mərhələsinin Bakıda keçirilən cavab oyununda isə Azərbaycan 0:2 hesabı ilə uduzub.
Fransa yığması necə oynayır?
Rəqibimiz – hər mövqedə dünya səviyyəli ulduzlara sahib olan dünyanın ən güclü komandalarından biridir. «Üçrənglilərin» əsas silahı güclü hücum xəttidir. Cinahda gənc istedad Bredli Barkola çıxış edəcək, pleymeyker mövqeyini texnikalı Maykl Olise tutacaq, fransızların lideri Kilian Mbappe isə hücumun mərkəzində meydana çıxacaq.
Didye Deşamın yetirmələri topa mükəmməl nəzarət edir, dərhal müdafiədən hücuma keçir və standart vəziyyətlərdən səmərəli yararlanırlar. Onlar hətta rəqibin ən kiçik səhvini belə qola çevirməyi bacarırlar, buna görə də Azərbaycan maksimal dərəcədə diqqətli oynamalıdır.
Qarşıdakı görüşdə fransızlar bir neçə əsas oyunçunun xidmətindən yararlana bilməyəcəklər. “Qızıl top” sahibi Usman Dembele ağır zədədən sonra bərpa prosesini davam etdirir. Yarımmüdafiəçi Kefren Türam da hələ də zədəlilər siyahısındadır, dayaq yarımmüdafiəçisi Aurelien Çuameni isə İslandiya ilə oyunda aldığı qırmızı vərəqə səbəbindən diskvalifikasiyanı başa vuracaq.
Azərbaycan mübarizəyə hazırdır
Ukrayna yığmasına qarşı oyun göstərdi ki, komandamız ən azı müdafiə zamanı keyfiyyətli və məzmunlu futbol nümayiş etdirə bilir. Qarşıdakı görüşdə kapitan Emin Mahmudovun rolu həlledici olacaq. Onun üzərinə yalnız mərkəz xəttində oyunun təşkili deyil, həm də komanda yoldaşlarının mental hazırlığı düşür. Böyük yük isə mərkəz müdafiəçiləri Bəhlul Mustafazadə və Elvin Bədəlovun üzərinə düşəcək – onlar Kiliyan Mbappeyə qarşı oynayacaqlar.
Azərbaycan yığması fərdi ustalıq baxımından rəqibindən geri qalır, amma bizim oğlanlardan əsla alınmayacaq bir şey var – o da fədakarlıqlarıdır. Şübhə yoxdur ki, onlar bütün güclərini meydana qoyacaq və adlı-sanlı rəqibə müqavimət göstərməyə çalışacaqlar.Fransa – Azərbaycan oyunu 10 oktyabrda Parisin «Park de Prens» stadionunda keçiriləcək. Milli komandamıza dəstəyi MelBet ilə göstər! Əgər böyük əmsallarla maraqlı oyunlar axtarırsansa, MelBet casino bölməsinə daxil ol və dünyanın aparıcı provayderlərinin ən yaxşı slotlarını seç!



