Fransa millisinin sabiq yarımmüdafiəçisi və hazırda “RMC Sport” kanalının eksperti Jerom Roten, Fransa Futbol Federasiyasının PSJ-nin hücumçusu Bredli Barkolanın zədə vəziyyəti ilə bağlı tibbi məlumatları ictimaiyyətə açıqlamasını tənqid atəşi altına alıb. Xəbər verir ki, Roten bu addımı federasiyanın məqsədli və məkrli gedişi kimi qiymətləndirərək, belə səhvlərin davam edəcəyini qeyd edib.
Ekspertin fikrincə, federasiya tibb sirrini qoruyub futbolçuların diaqnozlarını gizli saxlamalıdır. Roten bildirib ki, adətən futbolçu milli komandaya dəvət olunduqda tibbi müayinədən keçirilir və əgər zədə səbəbilə oyunlardan kənar qalarsa, bu barədə heç bir açıq məlumat verilmir. Ona görə də federasiyanın bu açıqlaması klublarla federasiya arasında yaşanan gərginliyi artırır və xüsusilə də Usman Dembelenin və Dezire Duenin zədələri ilə bağlı mübahisələrdən sonra vəziyyəti daha da gərginləşdirib.
Qeyd edək ki, Bredli Barkola 6 oktyabrda Klerfontenə gəlib, burada onun sağ dizaltı vətərində xroniki zədənin olduğu müəyyən edilib. Lakin federasiyanın bu açıqlaması Paris klubunun narazılığına səbəb olub. PSJ rəsmi şəkildə bildirib ki, tibbi sənədlərdə xroniki zədəyə dair hər hansı bir qeyd yoxdur.
Buna görə də Barkola Azərbaycanla oyunöncəsi heyətdən çıxarılaraq əvəzində Floriyan Toven çağırılıb. Bu, Tovenin 2019-cu ildən yığmaya ilk dəvəti olub.
2026 Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Fransa və Azərbaycan arasında oyun oktyabrın 10-da Parisdə keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.



