More

    Atletik – Qarabağ: çempionumuzun nağılı davam edəcəkmi?

    1xBet Azərbaycan üçün ən vacib oyunlardan birini – Çempionlar Liqasının 3-cü tur matçını elan edir. Görüş 22 oktyabrda Bilbao şəhərində keçiriləcək.

    Möcüzə deyil, məşqçi işidir

    Bir çoxları zarafatla deyir ki, Qarabağ azarkeşləri Çempionlar Liqasının hazırkı cədvəlini ekran şəklində saxlayıb və istəyirlər ki, əsas mərhələ elə indi başa çatsın — axı «Köhləm Atlılar» hazırda 6-cı pillədədir və Barselona, Liverpul, Mançester Siti kimi top komandaları geridə qoyurlar! «Bizim məqsədimiz top-24-ə düşmək və irəliləməkdir. Özümüzə inanırıq və bu möcüzəni davam etdirmək istəyirik», – deyə klubun prezidenti Tahir Gözəl bildirib.

    Bəzən bəxt də «Qarabağ»ın tərəfində olur – çempionumuz 2 oyunda 5 qol vurub, halbuki xG göstəricisi cəmi 2.88-dir. Lakin bəxtdən yan keçməyən ən güclü komandalar da olur , «Köhlən Atlılar»ın uğurlarının əsasını isə Qurban Qurbanovun əməyi və futbolçuların döyüş ruhu təşkil edir.

    Ötən mövsüm Avropa Liqasının əsas mərhələsində Qarabağ ikinci hissələrdəki oyunlarda və standart vəziyyətlərdə buraxılan səhvlər səbəbindən əziyyət çəkirdi. Qurbanov bundan nəticə çıxardı və indi fərqi aydın şəkildə görmək mümkündür:

    • Qarabağ həm Benfikaya, həm də Kopenhagendə qarşı ikinci hissələri ümumilikdə 3:0 hesabı ilə udub. Üstəlik, qolları əvəzləmədən meydana daxil olan Aleksey Kaşuk və Emmanuel Addai vurublar – bu da göstərir ki, Azərbaycan çempionunun hücumu təkcə Abdella Zubir, Leandro Andrade və Kadi Borjessdən ibarət deyil.
    • Komanda Benfikanın künc zərbəsindən sonra qol buraxdı, başqa problemlər də oldu, amma artıq ötən ilki kimi cərimə meydançasında künc və cərimə zərbələri zamanı panika yoxdur. Bu, xüsusilə də standart vəziyyətlərdə ənənəvi olaraq güclü olan Atletikə qarşı oyunda çox vacibdir.

    Əvəzləmələrin sayı məhduddur, buna görə də fasilədən sonra bir çox oyunçu maksimum gücü ilə oynamaq məcburiyyətində qalır. Bundan əlavə, Qurbanov futbolçularına təzyiqə dözməyi və böyük adlardan çəkinməməyi öyrədib. Nəticədə, Qarabağ Benfikadan iki sürətli qol buraxdıqdan sonra nokauta düşmədi və Kopenhagendən gələn güclü təzyiqə tab gətirdi.

    Hətta ağır zədələnən yarımmüdafiəçi Marko Yankoviçsiz də Azərbaycan futbolunun flaqmanı əks-hücumları səmərəli şəkildə qurmağı bacardığını sübut etdi. Atletikin müdafiə xətti topa sahib olduqda irəlidə yerləşir və bu, çempionumuz üçün boşluqlardan istifadə imkanı yaradır. 2017-ci ildə Qarabağ Çempionlar Liqasının qrup mərhələsində Madrid Atletikosuna uduzmadı (evdə 0:0, səfərdə 1:1) və indi də bundan pis olmayan nəticəyə ümid etmək tamamilə haqlıdır.

    Həqiqət anı

    Atletikin heyətində Avro-2024-ün dörd qalibi var – Unai Simón, Niko Uilyams, Emerik Laport və Dani Vivian. Lakin «Şirlər»in Çempionlar Liqası oyunlarına hazırlığı çox vaxt arzuolunan səviyyədə olmur: təcrübə çatışmazlığı və heyətin dərinliyinin olmaması özünü göstərir. Bundan əvvəl Atletik bu turnirdə pley-off mərhələsinə vəsiqə qazana bilməyib və keçirdiyi 7 ev oyunundan cəmi 2-də qalib gəlib.

    Bilbaodan olan klub mövsümə üç qələbə ilə başlasa da, sonrakı 7 oyunda bütün turnirlər üzrə cəmi bir dəfə qalib gəlib, 5 dəfə uduzub və cəmi dörd qol vurub. Arsenal (0:2) və Borussiya (1:4) ilə oyunlarda Atletik fasilədən sonra çox zəif çıxış edib və ikinci hissələrdə 5 qol buraxıb. Hücumdakı çətinliklər əsas ulduz Niko Uilyamsın (demək olar ki, sentyabrı tam buraxıb), həmçinin İnyaki Uilyams, Oyan Sanset və Aleks Berengerin sağlamlıq problemləri ilə bağlıdır – onlar klub fasiləsindən bərpa üçün istifadə edir və Qarabağa qarşı matçda meydanda olacaqları gözlənilir. Bununla belə, həm Simon, həm Laport, həm də Vivian öz qapıları qarşısında daha etibarlı oyun göstərməli idilər.

    Ernesto Valverde bildirib ki, Çempionlar Liqası uğrunda La Liqanı qurban verməyə hazır deyil. Bununla belə, təcrübə baxımından Qurbanova heç də uduzmayan sabiq Barselona baş məşqçisi avrokuboklarda ambisiyalardan da məhrum deyil. Yalnız 3-cü turda qələbə Atletikə top-24-ə düşmək şansı verəcək.Qarabağı Çempionlar Liqasında 1xBet Azərbaycan ilə birlikdə dəstəklə!

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni