Azərbaycan milli komandası FIFA reytinqində irəliləyib. Oktyabrda digər yığmaların oyun nəticələrinə görə Toqo seçməsinin dörd pillə geriləməsi Azərbaycan millisinin reytinqdə yüksəlməsinə səbəb olub.
Hazırda 1142,25 xal toplayan Azərbaycan millisi FIFA siyahısında 123-cü yeri tutacaq. Bu isə əvvəlki aylarla müqayisədə 124-cü yerdən bir pillə yüksəliş deməkdir. Qeyd etmək lazımdır ki, əvvəlki ay millimiz 1148,09 xalla 124-cü sırada qərarlaşmışdı.
Bununla yanaşı, Azərbaycan yığması bu ay FIFA Dünya Çempionatı 2026-nın seçmə mərhələsində səfərdə Fransaya 0:3, daha sonra isə öz meydanında Ukraynaya 1:2 hesabı ilə məğlub olub.
Bu nəticələrə baxmayaraq, reytinqdə yüngül irəliləyiş Azərbaycan futbolunun ümumi göstəricilərində müsbət dəyişikliklərin başladığını işarə edə bilər.