More

    Misli Premyer Liqasında Qol Fırtınası: Mövsüm Rekordu Qırıla

    Misli Premyer Liqasının 8-ci turu qol zənginliyi ilə diqqət çəkib. 6 matçda cəmi 24 qol vurularaq, orta göstəricinin 4-ə çatması maraqlı anlar yaşadıb.

    “Şamaxı”nın “Kəpəz”ə qarşı (1:4) və “Sumqayıt”ın “Karvan-Yevlax”ı məğlub etdiyi (4:1) oyunlarda 5-şər qol qeydə alınıb. “Neftçi” – “Araz-Naxçıvan” və “İmişli” – “Qəbələ” (hər ikisi 2:2) qarşılaşmalarında 4, “Turan Tovuz” – “Qarabağ” (1:2) və “Sabah” – “Zirə” (3:0) görüşlərində isə 3 qol olub. Bu nəticə cari mövsümün ən məhsuldar turu kimi tarixə düşdü, əvvəlki rekord 5-ci turdakı 18 qol (orta 3,00) idi.

    Son 4 mövsümdə orta məhsuldarlığın 4-ə çatıması nadir hadisədir və son dəfə 2021/22-ci mövsümün 10-cu turunda baş vermişdi. Onda 4 matçda 17 qol vurulub, orta rəqəm 4,25 təşkil etmişdi. Noyabrın 6-7-də keçirilən o tur “Sabah” – “Zirə” (3:3), “Şamaxı” – “Neftçi” (3:2), “Səbail” – “Qəbələ” (0:2) və “Sumqayıt” – “Qarabağ” (0:4) matçları ilə yadda qalmışdı. Mövsümün ilk 8 turunda ümumilikdə 107 qol vurulub, orta göstərici 2,99 qol/matç təşkil edir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni