Sloveniya UEFA reytinqində Azərbaycanı sıxışdırır

Avrokubokların Liqa mərhələsinin III turunun oyunlarından sonra Sloveniya UEFA reytinqində Azərbaycanın sırasına yaxınlaşmaqdadır. Bu vəziyyət dünən gecə “Sele” klubunun UEFA Konfrans Liqasında İrlandiyanın “Şemrok Rovers” komandasını 2:0 hesabı ilə məğlub etməsi nəticəsində baş verib.

Bu qələbə Sloveniya üçün UEFA reytinqinə 21.718 bal əlavə edib və ölkəni 26-cı pilləyə qaldırıb. Hal-hazırda Azərbaycan 22.000 balla 25-ci, Serbiya isə 22.375 balla 24-cü yerdə qərarlaşıb.

Eyni zamanda, Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində İspaniyada “Atletik” qarşısında 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, UEFA reytinq siyahısında İngiltərə 99.005 bal toplayaraq lider mövqedədir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni