Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək İslandiya və Fransa ilə oyunlarının biletləri artıq satışa təqdim olunub. Bu barədə məlumat AFFA-nın rəsmi mətbuat xidməti tərəfindən verilib.
Biletlər İticket.az platforması vasitəsilə əldə edilə bilər. İslandiya ilə keçiriləcək matç üçün bilet qiymətləri 5-dən 30 manata qədər dəyişir. Azərbaycan ilə Fransa arasında baş tutacaq qarşılaşma üçün biletlərin qiyməti isə 5-dən 200 manatadək təşkil edir.
Matçların keçiriləcəyi vaxt və məkanlar belə müəyyənləşib:
- Azərbaycan – İslandiya oyunu noyabrın 13-də, saat 21:00-da 8-ci km qəsəbə stadionunda oynanılacaq.
- Azərbaycan – Fransa görüşü isə noyabrın 16-da, saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Futbolsevərlər komandamıza dəstək olmaq və möhtəşəm atmosfer yaşamaq üçün bilet almağa təşviq olunurlar.



