Azərbaycan Kubokunun 1/8 final mərhələsinə adlayan ilk komandalar artıq müəyyənləşib. Misli Premyer Liqasının təmsilçiləri olan “İmişli” və “Kəpəz” bu mərhələyə vəsiqə qazanıblar. Bundan əlavə, “Şəfa” və “Baku Sportinq” klubları da növbəti raunda yüksəlib.
Təqvimdə olan qarşılaşmalar və nəticələr belədir:
- “Cəbrayıl” – “Şəfa”: 0:3
- “Göygöl” – “Baku Sportinq”: 0:2
- “Kəpəz” – “Ağstafa Gəncləri”: 6:1
- “Qaradağ Lökbatan” – “İmişli”: 2:3
Qeyd edək ki, Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsinin oyunları oktyabrın 29-da başa çatacaq və 1/8 final mərhələsinin digər iştirakçıları da müəyyənləşəcək.



