Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan qadınlardan sonra futzal millisi də ilk matçına çıxıb və uğurla start verib. A qrupunda mübarizə aparan komandamız açılış oyununda Liviya millisi ilə qarşılaşıb.
Şahzadə Feysəl ibn Fərhad Olimpiya Kompleksində keçirilən həyəcanlı və gərgin mübarizədə Azərbaycan millisi 5:4 hesabı ilə üstün olub. Bu oyunda millimizin baş məşqçisi Yevgeni Kukseviçdir.
Yığmamız noyabrın 6-da Özbəkistan, iki gün sonra isə ev sahibi Səudiyyə Ərəbistanı komandası ilə üz-üzə gələcək.
Azərbaycanı İslamiadada 14 futzalçı təmsil edir ki, onlardan 2-si qapıçı kimi çıxış edir:
- Qapıçılar: Kamran Hacıyev (Neftçi İK), Cavad Məmmədov (Baku Fire)
- Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə (“Neftçi” İK), Ülvi Əliyev, Qüdrət Qasımzadə, Mirzə Əmirov, Ədalət Ələkbərov (“Araz-Naxçıvan”), Fərid Abbasov, Kənan Manafov, Eldar Zeynalov, Oktay Rüstəmli, Murad Quluzadə (“Baku Fire”), Oqtay Mahmudzadə (U-19).
Matçın gollari belə qeydə alınıb:
- Liviya: Abdulrahim Alserksia (2-ci, 27-ci dəq), Mohamed Qaeb (11-ci dəq), Ahmed Alyumni (39-cu dəq)
- Azərbaycan: Fərid Abbasov (1-ci, 21-ci, 33-cü dəq), Mirzə Əmirov (36-cı, 37-ci dəq)
Yarışın rəsmi açılışı noyabrın 7-də, bağlanış mərasimi isə 21 noyabr tarixində keçiriləcək.



