More

    I Liqada VII tur yekunlaşdı: “Şahdağ Qusar” və “Zaqatala” qələbə qazandı

    Azərbaycan I Liqasında VII turun oyunları tamamlanıb. Turun son oyun günü iki qarşılaşma keçirilib.

    Şamaxıda baş tutan “Şahdağ Qusar” – “Şimal” görüşündə Rahid Əmirquliyevin rəhbərlik etdiyi komanda dramatik və həyəcanlı oyuna imza atıb. Altı qolun qeydə alındığı matçda qüsarlı komanda geri dönüş təqdim edərək 4:2 hesablı qələbə qazanıb. Oyunda R.Voronsov (41), M.Məsimov (81), E.Veysov (86) və O.Fərəcov (90+5) fərqlənib. Qonaqlardan isə İ.Səmədov (35) və F.Nadirov (55) hesabına qol vurub.

    Digər oyunda isə “Zaqatala” “Difai”nin qonağı olub və 2:1 səfər qələbəsi ilə dönüb. Qalib komandanın qollarını H.Abdurəşid (57) və R.Şabanov (82) vurub, ev sahibinin yeganə qolunu M.Həsənov 90+1-ci dəqiqədə rəqibin qapısından keçirib.

    Turun əvvəlki üç qarşılaşmasında “Şəfa” səfərdə “Mingəçevir”i 3:2, “Səbail” evdə MOİK-i 1:0 və “Baku Sportinq” “Cəbrayıl”ı 2:0 məğlub etmişdi.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni