Milli komandaların fəaliyyətinə fasilə yarandığı bir vaxtda Azərbaycan II Liqası öz gedişatına davam edir. Bu gün çempionatda VIII turun oyunları start götürəcək və iki gün ərzində keçiriləcək.
Turun ilk günündə üç qarşılaşma baş tutacaq. Lider “Xankəndi” komandası səfərdə “Ağdaş”la üz-üzə gələcək. Digər maraqlı oyunlarda isə “Şəki Siti” “Kür-Araz”ın evində, “Dinamo” isə “Quba” komandası ilə qarşılaşacaq.
Gələn gün isə üç oyun daha keçiriləcək.
VIII turun oyun cədvəli:
- 14:00: “Ağdaş” – “Xankəndi” (Ağdaş şəhər stadionu)Hakimlər: Rəsul Babayev, Cavid Ömərov, Ruslan Məmmədov, Ceyhun HüseynovHakim-inspektor: Orxan MəmmədovAFFA nümayəndəsi: Məmmədəli Məmmədov
- 14:00: “Kür-Araz” – “Şəki Siti” (Saatlı Olimpiya İdman Kompleksi stadionu)Hakimlər: Nahid Xasıyev, Sevda Nuriyeva, Sadiq Əliyev, Murad SəlimovHakim-inspektor: Əmrah İbrahimovAFFA nümayəndəsi: Rüfət Əmirov
- 14:00: “Dinamo” – “Quba” (Binə qəsəbə stadionu)Hakimlər: Nəriman Ağayev, Rizvan Süleymanov, Ruslan Babayev, Fəridə LütfəliyevaHakim-inspektor: Ramil DiniyevAFFA nümayəndəsi: Nəriman Axundov




