2026-cı il Dünya Çempionatının seçmə mərhələsinin V turu çərçivəsində Azərbaycan milli komandası Bakıda İslandiya ilə qarşılaşıb. 8-ci km qəsəbə stadionunda keçirilən matçın yekunu 2:0 hesablı qonaqların xeyrinə olub. Oyun monteneqrolu FIFA referisi Nikola Dabanoviç tərəfindən idarə olunub.
Qollar matçın birinci hissəsində vurulub. Azərbaycan yığmasının qapısından ilk qolu 20-ci dəqiqədə Albert Qyudmyundsson keçirib, 39-cu dəqiqədə isə Sverrir İnqason hesabı ikiqat artırıb. İkinci hissədə hesab dəyişməz qalıb.
Azərbaycan millisi 5 oyundan sonra D qrupunda 1 xal toplayaraq sonuncu yerdədir. Qrup lideri Fransa 10 xal, İslandiya və Ukrayna isə 7 xal toplayıb. Qrupun digər oyununda Fransa Ukraynanı qəbul edəcək.
Azərbaycan millisinin heyətində aşağıdakı futbolçular meydana çıxıblar:
- Aydın Bayramov
- Elvin Bədəlov
- Bəhlul Mustafazadə
- Anton Krivotsyuk
- Abbas Hüseynov
- Emin Mahmudov
- Abdulah Xaybulayev
- Rüfət Abbasov
- Toral Bayramov
- Xəyal Əliyev
- Nəriman Axundzadə
Baş məşqçi: Ayxan Abbasov



