“Qarabağ” Futbol Klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində “Napoli” ilə qarşılaşma üçün azarkeşlərə ayrılan yerlərin sayını açıqlayıb. Bu barədə klubun rəsmi mətbuat xidməti xəbər yayıb.
Bildirilib ki, noyabrın 25-də, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək oyuna biletlər bu gün onlayn satışa çıxarılacaq. “Stadio Diego Armando Maradona” stadionunda Ağdam klubunun azarkeşləri üçün 2 480 bilet ayrılıb. Ayrılmış sektorlara giriş “Gate 26” vasitəsilə təmin olunacaq. Biletlər “iTicket.az” portalından saat 15:00-dan etibarən əldə edilə bilər.



