Milli komandaların oyunları səbəbindən yaranan fasilədən istifadə edən 1-ci Liqanın lideri “Şəfa” yoxlama matçında gücünü yoxlayıb. Bakı təmsilçisi bu gün “Qarabağ”ın U-19 komandası ilə üz-üzə gəlib.
Bakı Olimpiya Stadionunda saat 12:00-da start götürən qarşılaşmada Elgiz Kərəmlinin rəhbərlik etdiyi “Şəfa” komandasının oyunçuları 5:2 hesabıyla qalib gəliblər.
Qeyd edək ki, “Şəfa” 1-ci Liqada keçirdiyi yeddi turda altı qələbə və bir heç-heçə ilə 19 xalla liderdir. Digər tərəfdən, “Qarabağ” AFFA Gənclər Liqasında 6 turda beş qələbə və bir heç-heçə ilə 16 xalla ən üst sıradadır.
“Şəfa” növbəti matçını 22 noyabrda Binə qəsəbə stadionunda “Difai” komandası ilə keçirəcək.



