2025-ci ilin ən yaxşı futbolçusunun seçimi üçün “Globe Soccer” tərəfindən namizədlərin siyahısı təqdim edilib. 16-cı dəfə keçiriləcək tədbirdə 25 aparıcı futbolçu mükafat uğrunda mübarizə aparacaq.
Namizədlər aşağıdakılardır:
- PSJ-dən Usman Dembele, Əşrəf Hakimi, Desire Due, Xviça Kvaratsxeliya, Nuno Mendeş, Fabian Ruiz
- “Mançester Siti”dən Canluici Donnarumma, Erlinq Haaland
- “Arsenal”dan Viktor Qyökereş, Deklan Rays
- “Liverpul”dan Aleksandr İsak, Məhəmməd Salah, Florian Virtz
- “Real”dan Vinisius Junior, Kilian Mbappe
- “Bavariya”dan Harri Keyn, Maykl Olise
- “Barselona”dan Robert Levandovski, Pedri, Rafinya, Vitinya, Lamin Yamal
- “İnter”dən Lautaro Martinez
- “Napoli”dən Skott Maktominey
- “Çelsi”dən Kol Palmer
Qeyd edək ki, mükafatlandırma mərasimi dekabrın 28-də Dubayda baş tutacaq və futbolun ən parlaq ulduzları orada bir araya gələcək.




