Azərbaycan II Liqasının X turu yekunlaşıb. Üç gün davam edən turun son günündə iki oyun keçirilib.
“Şəki Siti” komandası Bakıda “Dinamo”nu böyük hesabla – 5:0 məğlub edərək əzəmətli qələbə əldə edib. Bu görüşdə Cavid İmamverdiyev dublla fərqlənərək bombardir yarışında 14 qola yüksələrək tək lider olub.
Turun bağlanış oyununda isə İbrahim Uzuncanın baş məşqçisi olduğu “Xankəndi” komandası Saatlıda “Kür-Araz” üzərində 7:2 kimi böyük hesabla qalib gəlib. Bu nəticə ilə “Xankəndi” “Qaradağ Lökbatan”ı ikinci yerə geri ataraq yenidən turnir liderliyini ələ keçirib.
Turun digər qarşılaşmalarında belə nəticələr qeydə alınıb:
- “Quba” – “Ağstafa Gəncləri” 4:2
- “Şəmkir” – “Göygöl” 2:1
- “Qaradağ Lökbatan” – “Şirvan” 5:0
- “Araz Saatlı” – “Ağdaş” 3:1
Əsas oyunların detallarına gəlincə:
“Dinamo” – “Şəki Siti” (5:0)
Qolları qeydə alanlar: C. İmamverdiyev (29, 45+1), N. Fərəci (30), T. Əmircanov (45), N. Novruzov (66)
“Kür-Araz” – “Xankəndi” (2:7)
Qollar: E. Məmmədov (54-penaltı), B. Əliyev (63) – T. Qurbatov (12, 43), M. Teymurov (43, 64, 65), S. Ağayev (47, 48)



