Azərbaycan çempionu “Qarabağ” Ağdam UEFA Çempionlar Liqasının yeni formatlı liqa mərhələsinin 5-ci turunda İtaliyanın “Napoli” komandasına səfərdə məğlub olub. Neapol şəhərindəki “Diego Armando Maradona” stadionunda keçirilən qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 66-cı dəqiqədə Şotlandiya millisinin yarımmüdafiəçisi Skott MakTominay açıb. 72-ci dəqiqədə isə “Qarabağ”ın müdafiəçisi Marko Yankoviç topu öz qapısından keçirərək fərqi ikiyə çatdırıb. Beləliklə, Qurban Qurbanovun yetirmələri cari mövsümdə Çempionlar Liqasında ikinci məğlubiyyətini alıb.
Ağdam təmsilçisi növbəti – 6-cı tur matçını dekabrın 10-da Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda Niderlandın “Ayaks” klubu ilə keçirəcək.
5-ci turun digər nəticələri:
- Ayaks 0:2 Benfika
- Qalatasaray 0:1 Union SG
- Mançester Siti 0:2 Bayer Leverkuzen
- Çelsi 3:0 Barselona
- Borussiya Dortmund 4:0 Vilyarreal
- Budyö/Qlimt 2:3 Yuventus
- Olimpik Marsel 2:1 Nyukasl
- Slaviya Praqa 0:0 Atletik Bilbao



