More

    FIDE reytinqində dəyişikliklər: Məmmədyarov gerilədi, Fətəliyeva rekord qırdı

    Beynəlxalq Şahmat Federasiyası (FIDE) 1 dekabr tarixinə olan dünya reytinqini yeniləyib. Azərbaycanın aparıcı qrossmeysteri Şəhriyar Məmmədyarov 2730 xalla 14-cü pillədən 19-cu yera enərək mövqelərini zəiflədib. Onun yanında Levon Aronyan (ABŞ, 2729) və Le Kuang Liem (Vyetnam, 2731) qonşu pillələrdədir.

    Azərbaycanın digər nümayəndələri dünya reytinqinin ilk 100-lüyündə belə yerləşib: Teymur Rəcəbov (2692 xal) – 37-ci, Rauf Məmmədov (2645) – 78-ci, Eltac Səfərli (2644) – 79-cu və Aydın Süleymanlı (2628) – 99-cu pillələrdə.

    FIDE-nin ilk onluğu:​

    1. Maqnus Karlsen (Norveç, 2840)
    2. Hikaru Nakamura (ABŞ, 2810)
    3. Fabiano Karuana (ABŞ, 2795)
    4. Vinsent Keymer (Almaniya, 2776)
    5. Arcun Eriqaisi (Hindistan, 2775)
    6. Alirza Firuzca (Fransa, 2762)
    7. Rameşbabu Praqqnanandha (Hindistan, 2761)
    8. Aniş Giri (Niderland, 2760)
    9. Vey İ (Çin, 2754)
    10. Dommaracu Qukeş (Hindistan, 2754, dünya çempionu)

    Qadınlar reytinqində isə Ülviyyə Fətəliyeva 2434 xalla şəxsi rekordunu yeniləyərək 26-cı pilləyə qalxıb. Noyabrda 2420 xalla 33-cü yerdə olan şahmatçımız 14 xal əlavə edib. Azərbaycan qadın şahmatçılarının rekord sahibi Gülay Məmmədzadə analıq məzuniyyətində olduğundan 2390 xalla 54-cü pillədədir (2022-ci ildə 2483 xalla 18-ci olub). Digərləri: Gülhər Beydullayeva (2364) – 77-ci, Xanım Balacayeva (2351) – 92-ci.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni