Azərbaycan II Liqasının 12-ci turu iki maraqlı matçla davam edəcək. Bu gün keçiriləcək oyunlar turnir cədvəlində liderlik mübarizəsini daha da kəskinləşdirəcək və yüksək pillələr üçün iddialı komandaların şansını müəyyənləşdirəcək.
Turun əsas diqqət mərkəzində “Xankəndi”nin Quba səfəri var. İbrahim Uzuncanın rəhbərliyi ilə çıxış edən qarabağlılar “Qaradağ Lökbatan”ın ələ keçirdiyi lider mövqeyini geri qaytarmaq üçün 3-cü pillədəki ev sahiblərini məğlub etməlidirlər. Qubalılar öz stadionunda güclü rəqibə qarşı maksimum nəticə axtaracaq. İkinci matçda isə “Şəki Siti” Bakıda “Rekord Arena”da autsayder “Araz-Saatlı” ilə qarşılaşacaq və rahat qələbə gözləyir.
Bu günün matç proqramı:
- 14:00 – “Şəki Siti” – “Araz Saatlı” (Bakı, “Rekord Arena”)
Hakimlər: Rasim Musayev, Elvin Mədətov, Ruslan Məmmədov, Ləman Əmirli.
Hakim-inspektor: Ömər Paşayev. AFFA nümayəndəsi: Anar Şıxəliyev. - 14:00 – “Quba” – “Xankəndi” (Quba, Olimpiya İdman Kompleksi stadionu)
Hakimlər: Murad Səlimov, Mirnihad Seyidov, Asif Abdullayev, Şamil İmanzadə.
Hakim-inspektor: Ceyhun Haşımov. AFFA nümayəndəsi: Mahal Məmmədov.



